Bulvarda şəkil çəkmək istədi, dənizə düşdü – Video

Bakı Bulvarında 2003-cü il təvvəllüdlü Riyad Oktay oğlu Allahverdiyev dənizə yıxılıb.

Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, hadisə “Dəniz Moll”un yaxınlığında baş verib. Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi Mahmud Bağırzadə suya atılaraq, boğulma təhlükəsi ilə üz-üzə qalan gənci xilas edib.

R.Allahverdiyev şəkil çəkərkən müvazinətini qoruya bilmədiyi üçün dənizə yıxıldığını söyləyib.

Xilasetmə anının görüntülərini təqdim edirik:

Facebook Comments