Bəybala Əbil Bulaq suyuna qadağa təklif edən deputatın mandatı necə əldə etdiyindən yazdı -Faktlar

187

YAP-çı deputat Aydın Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib ki, əhalinin bulaq suyundan pərakəndə şəkildə istifadəsinə yol vermək olmaz.

Aydın Mirzəyevin təklifinə cavab keçirməyib. Onunla eyni dairədən deputatlığa namizəd olan KXCP Ali Məclisinin sədri Bəybala Əbil 11 saylı Qaradağ Seçki Dairəsində baş verən saxtakarlıqlar barədə yazaraq, YAP-çi deputatın hansı qaydada mandat əldə etdiyini açıqlayıb.

Sozcu.az saytı Bəybala Əbilin yazısını təqdim edir:

Təklif müəllifi 2015-ci ildə necə deputat olub:

11 saylı Qaradağ SD-də seçici siyahılarındakı saxtakarlıqlar (2015)
Seçici siyahılarına kütləvi surətdə saxta adlar daxil edilib:
Siyahılardakı saxtakarlıq aşağıdakı istiqamətlərdə baş vermişdir:
-adlar 2 dəfə təkrarlanır;
-adlar eyni məntəqələrdə və ya müxtəlif məntəqələrdə təkrarlanır.
-ölü adları siyahılardan çıxarılmır.

Deyilənlərə aşağıdakı nümunələri göstərək:

I.adlar olduğu kimi təkrarlanır:
I.1.eyni seçki məntəqəsində:

Məntəqə-Soyadı-adı-atasın adı

8-ƏHMƏDOV VÜQAR ƏLİBALA
8-ƏHMƏDOV VÜQAR ƏLİBALA
16-ZƏRBƏLİYEV BƏHRUZ ƏZİZQULU
16-ZƏRBƏLİYEV BƏHRUZ ƏZİZQULU
35-İBADULLAYEV XALİS SABİR
35-İBADULLAYEV XALİS SABİR
14-ƏMİRASLANOVA SƏMAYƏ ADİL
14-ƏMİRASLANOVA SƏMAYƏ ADİL
33-KƏRİMOVA GÜLSABAH FEYZULLA
33-KƏRİMOVA GÜLSABAH FEYZULLA
I.2.müxtəlif məntəqələrdə:
27-HƏMZƏYEVA NURİYYƏ İBRAHİM
28-HƏMZƏYEVA NURİYYƏ İBRAHİM
13-RZAYEVA LİDA ƏNVƏR
31-RZAYEVA LİDA ƏNVƏR
8-SƏFƏROVA BİRCƏXANIM XANBABA
36-SƏFƏROVA BİRCƏXANIM XANBABA

Bu cür təkrarlanan adlar yüzlərlədir (siyahı əlavə edilir)

II.adlar bir hərf dəyişikliyi ilə təkrarlanır:
II.1.eyni seçki məntəqəsində:
30-ABDULAYEV NURLAN ÇİNGİZ
30-ABDULLAYEV NURLAN ÇİNGİZ
33-ABBASOV ELVİN SİYAİƏT
33-ABBASOV ELVİN SİYASƏT
25-ABDULLAYEVA AYTƏKİN HACIAĞA
25-ABDULLAYEVA AYTƏKİN HAĞIAĞA…
II.2.müxtəlif məntəqələrdə:
37-ABBASOV ŞAHİN ŞAHMALI
19-ABBASOV ŞAHİN ŞAHMARLI
16-ABDULLAYEV NAZİM XƏLİL
17-ADULLAYEV NAZİM XƏLİL
5-YÜZBAŞOV YUNİS ƏLİPAŞA
6-YÜZBAŞEV YUNİS ƏLİPAŞA…

Bu cür təkrarlanan adlar yüzlərlədir (siyahı əlavə edilir). Seçici siyahılarının tərtibi zamanı AR SM 46 və 47-ci tələbləri kobud surətdə pozulmuşdur.

III.Ölü adları

1-MÜRSƏLOVA YASƏMƏN QURBAN
1-XƏLİLOV İBADƏT ƏHMƏD…

Sənəd AİHM-nə şikayətdən götürülüb.