Bu türk ölkəsində son bir ayda koronaya yoluxma olmayıb

Şimali Kipr Türk Respublikasında son bir ayda yeni tip koronavirusa (COVİD-19) yoluxma qeydə alınmayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Kiprin Səhiyyə naziri Əli Pilli danışıb.

O bildirib ki, ölkədə ümumilikdə 30 mindən çox test keçirilib.

“Sonuncu dəfə ölkəmizdə aprelin 17-də koronavirusa yoluxma qeydə alınıb”, – Ə.Pilli deyib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında bu vaxta qədər 4 nəfər COVİD-19 infeksiyasından vəfat edib.axar.az

Facebook Comments