“Bu tərbiyəsizliyin qadın hüquqlarına elə bir dəxli yoxdur…”

İsveçrənin 8.2 milyon nəfər əhalisi var. Avropanın göbəyində yerləşən bu ölkədə feminist hərəkat son dərəcə güclüdür. Düşünün ki, feministlər bu balaca ölkədə 1 milyon nəfərlik mitinq keçirə bilirlər…

16 ildir ki, İsveçrədə yaşayıram. Ancaq mən bu ölkədə bu gün Bakıda qaldırılan əlində tutduğu şüarlarla səsləşən bir şey görməmişəm…

Biz beləyik. Nəyə əl atdıqsa, zibilini çıxardırıq…

Bəli, qadınların daha çox hüququ olmalıdır. Xüsusən siyasət, elm, biznes sahəsində onların fəaliyyəti üçün geniş imkanlar yaradılmalıdr. Hansı ölkələrdə ki, qadınlar irəlidə gedə bilir bütövlükdə həmin ölkə qazanır.

Lütfən, xoş məramlı bir tədbiri belə düşük səviyyədə keçirməyin. Bu tərbiyəsizliyin qadın hüquqlarına elə bir dəxli yoxdur…

Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

Facebook Comments