Bu tarixdən bəzi qadağalar götürülə bilər

Yoluxma sayının həddindən artıq azalması rəsmi məlumatlardır. Bu rəqəmlər reallığı əks etdirmir.

Sozcu.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu gün COVİD-19-a yoluxanların sayı deyilənlərdən çoxdur:

“Çünki çox adam daha aidiyyəti qurumlara müraciət eləmir. Bu gün vəziyyət belədir ki, Abşeron yarımadasında əhalinin böyük əksəriyyəti xəstələnib. Koronavirusun toxunmadığı ailə yoxdur. Bu, gözlənilən idi”.

Adil Qeybulla bildirib ki, sərt karantin tədbirlərinin də əhəmiyyətini etiraf etmək lazımdır:

“Ünsiyyət azalıb. Düşünürəm ki, yanvarın 18-dən sonra bəzi qadağalar götürülə bilər. Bu gün qadağalar təkcə bizdə deyil, bir çox ölkədə var”.

Facebook Comments