Bu tarixdə Hindistan Pakistana hücum edəcək

Hindistan 16-20 aprel aralığında Pakistana hücuma hazırlaşır.

Bu haqda Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi məlumat verib.

“16-20 aprel aralığında bizim ölkəmizə qarşı təcavüz aktı həyata keçiriləcək. Etibarlı kəşfiyyat məlumatlarına əsasən, Hindistan yeni hücuma hazırlaşır. Beynəlxalq ictimaiyyət Hindistanın məsuliyyətsiz addımına diqqət çəkməlidir. Dünya susmalı deyil, yoxsa dünyanın və Cənubi Asiyanın təhlükəsizliyi təhdid altında qalacaq”, – Qureyşi bildirib.

Sozcu.az