“Bu suala 250 dəfə cavab vermişəm” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Marsel”lə oyun öncəsi turnirin kubokunu qazanmaq şanslarında danışıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı verilən suala belə cavab verib: “Düşünürəm ki, bu suala 250 dəfə cavab vermişəm. Çempionlar Liqasının kubokunu qazanmağa çalışacağam, hər il bunu etmək istəyirik. Evdə qələbə ilə başlamaq vacib idi. İkinci oyunda da qalib gəlməyi hədəfləyirik.

Bu, bir xəyaldır, amma hazırda ən vacib şey qrupdan çıxmaqdır. İlk qarşılaşma çətin keçdi. İndi ikinci matçı oynayacağıq və Fransada hər zaman çətindir. Bu, bir addım irəliləməyimizə imkan verəcək bir çağırışdır”.

Qeyd edək ki, “Marsel” – “Mançester Siti” görüşü bu gün Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Facebook Comments