Bu şəxslər 10 illik vergi güzəştləri əldə edəcək

Vətəndaşlar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alındıqda, əməliyyat tam nağdsız qaydada baş verərsə, ödənilən ƏDV-nin 30 faizi vətəndaşa qaytarılacaq.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Sozcu.az-a bildirilib ki, Vergilər Məcəlləsində edilən dəyişikliklərdə sosial güzəştlər əsas yer tutur. Vergi Məcəlləsində dəyişikliklərin digər hədəfi isə ölkədə əlverişli biznes mühitinin yaradılmasıdır. İnvestisiya qoyuluşu üçün cəlbedici şəraitin yaradılması baxımından sənaye və texnologiya parklarının rezidentləri artıq 7 il deyil, 10 il müddətinə vergi güzəştləri əldə edəcək.

Facebook Comments