Bu şəhərdə temperatur rekordu qeydə alınıb – 175 ilin ən isti günü

Finlandiyada hava müşahidələri tarixində ən yüksək hava istiliyini qeydə alınıb – 31,8 dərəcə.

Sozcu.az Trend-ə istinadən bildirir ki, bu 175 ilin ən isti gündür.

“Finlandiyanın ən qədim meteoroloji stansiyası, Helsinki şəhərindəki 175 yaşlı Kaisaniemi metostansiyası, tarixində ən yüksək temperaturu – 31,8 ° qeyd edib. Əvvəlki rekord 1945-ci ildə idi (31,6 °)”, – məlumatda deyilir.

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə Finlandiya və Helsinkini soyuqlar gözləyir.

Facebook Comments