“Bu qanun layihəsi vətəndaşların maraqlarına uyğun deyil” — Deputatdan ETİRAZ

Milli Məclisin deputatı Fazil Mustafa parlamentə təqdim edilmiş “Müflisləşmə və iflas haqqında” qanuna düzəlişləri tənqid edib.

Sozcu.az  xəbər verir ki, “bu düzəlişlər fiziki şəxslərin maraqlarına uyğun deyil və faktiki olaraq bu istiqamətdə dövlət fikziki şəxsin hər hansı problemilə bağlı addım atmayacağını ortaya qoyur”, – deyə Mustafa bildirib.

Onun fikrincə, yeniliklər müflislik riski ilə əlaqədar vətəndaşların təşəbbüslərini məhdudlaşdıracaq.

2015-ci ilə qədər belə vəziyyət mövcud olub. Amma devalvasiyadan sonra qanunvericiliyə dəyişikliklər edilib və müflislik prosedurları fiziki şəxslərə də şamil edilib.

Düzəlişlər layihəsi birinci oxunuşda artıq qəbul edilib.