Bu ölkənin Baş nazirində də koronavirus aşkarlandı

Rumıniyada Baş nazir vəzifəsini müvəqqəti icra edən Lüdovik Orban koronavirusa yoluxduğunu və bununla əlaqədar evdə təcrid olunacağını bildirib.

Sozcu.az xəbər verir ki, Baş nazirdən əvvəl eyni partiyadan, Rumıniya Milli Liberal Partiyasının senatoru Verjil Kitsak koronavirusla bağlı analiz verərkən müsbət cavab alıb. Bununla bağlı partiyanın bir çox məsul üzvləri evdə təcrid olunacaqlar. Baş verənlərlə əlaqədar Rumıniya parlamentində deputatlar, burada akkreditə olunan jurnalistlər və parlament işçilərindən analizlər götürülüb.

Facebook Comments