Bu ölkədə ilk dəfə qadın prezident oldu

Vəkil Zuzana Çaputova Slovakiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, seçkilərə qatılmış 99,96% seçicinin 58,38%-nin səsini toplayıb. Çaputovanın rəqibi Maroş Şefçoviç isə 41,62% səslə məğlubiyyətlə barışıb.

Qeyd edək ki, Zuzana Çaputova Slovakiyanın ilk qadın prezidentidir. Onu rəqibi Şefçoviç, hazırkı prezident Andrey Kiska təbrik edib.
Çaputova prezident kimi vəzifəsinin icrasına iyunun 15-də Kiskanın səlahiyyət müddəti bitəndən sonra başlayacaq.