“Bu, mənim gördüyüm ən yaxşı futbolçulardır” – Klopp

Çempionlar Liqasının final matçında “Tottenhem”lə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Sozcu.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəqib haqqında danışan alman mütəxəssis, bunları deyib:

“Düzü, daha yaxşı bir komandayla final matçında mübarizə aparmamışam. Buna təəccüblənmirəm, bu, mənim gördüyüm, təcrübə etdiyim ən yaxşı futbolçulardır. “Barselona” ilə keçirdiyimiz iki qarşılaşmanın arasında olan 5-6 gündə heç kim komandaya bu futbolçulardan daha çox inanmırdı.

Şübhəsiz ki, final matçı çox gərgin olacaq. Hər iki komandanın keyfiyyəti, səviyyəsi oxşardır. Rəqiblə Premyer Liqada aramızda olan fərq ardıcıllıq idi. Biz hər iki oyunda onlara 2:1 hesabı ilə qalib gəlmişdik. Qələbəyə layiq olduğumuzu düşündüyümüz anlarda yaxşı dövr keçirdik. Amma xüsusilə, son dəqiqə qolu ilə qalib gəldiyimiz ev oyunu daha gərgin keçmişdi”.

“Liverpul”la “Tottenhem” arasında Madriddə keçiriləcək final matçı iyunun 1-də, saat 23:00-da start götürəcək.(Komanda.az)