Bu kartoflardan yeməkdə istifadə etmək olmaz – Alimlərdən məsləhət

Alimlər müəyyən ediblər ki, kartof buxarda bişiriləndə və ya soyutmalananda orqanizm üçün faydalıdır. Lakin bəzən o, sağlamlıq üçün olduqca təhlükəli ola bilər:

Soyuducuda saxlanılan kartof

Sozcu.az azfood.az-a istinadən bildirir ki, soyuducuda saxlanıldıqdan sonra kartofun tərkibindəki nişasta şəkərə çevrilir. Bu cür kartofu diabetdən əziyyət çəkən insanlara istifadə etmək olmaz. Bundan savayı, belə kartof bişirilən zaman tərkibində xərçəngin yaranma riskini artıran akrilamid formalaşır.

Cücərmiş və ya üzərində yaşıl ləkələr olan kartof

Cücərmiş kartofu istifadə etmək məsləhət görülmür, belə ki, artıq onun tərkibində faydalı maddələr qalmır. Yaşıl ləkələr isə solaninin yüksək miqdarda olmağından xəbər verir. Bu maddə isə öz növbəsində ürək bulanmasına, süstlüyə, böyrəklərin infeksiyasına, ürəyin aritmiyasına gətirib çıxara bilər.

Qabıqlı kartof

Kartofu qabıqla da yemək məsləhət görülmür. Tərkibində yüksək miqdarda solanin (əsasən də uzun müddət saxlanıldıqda) olduğu üçün qabığı soymaq lazımdır. Bundan başqa, zərərvericilərdən qorumaq üçün bitkiyə çox vaxt pestisidlər səpirlər.

Pis qoxulu kartof

Şirintəhər və ya kif iyi bitkinin korlandığını bildirir. Yaxşı kartofdan xoş torpaq iyi gəlir.

Sulu ləkələri olan kartof

Kartofun üzərində sulu ləkələrin olmağı, onun göbələk və ya bakteriyalara (“Erwina caratovora” kimi) yoluxmağından xəbər verir. Belə kartofu da yemək bişirən zaman istifadə etmək olmaz.

Facebook Comments