Bu əcəldir, yoxsa qətl? – Gəncədə həkim səhlənkarlığı can aldı

“Ən dəhşətlisi isə odur ki, xəstəxananın baş həkimi Fuad deyir ki,gəlin akt bağlayaq ki, xəstə xəstəxanada yox,ambulansda dünyasını dəyişib. Belə şərəfsizlik ağlıma belə gəlməzdi”.

Bunu Sozcu.az saytına Gəncə Beynəlxalq Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən Nəsimi Mehdiyevin qardaşı Sərxan Mehdiyev deyib:

“Qardaşım Nəsimı Mehdiyev 04.01.2020- ci il tarixdə axşam saat 23.00 radələrində baş ağrısı ilə Gəncə Beynəlxalq Xəstəxanasınin reanimasiya şöbəsinə yerləşdirilib. İlk tibbi yardımdan sonra vəziyyəti yaxşılaşıb və palataya köçürülüb. Ayın 5- də verilən dərman ona pis təsir edib. MRT olunandan sonra neyrocərrah Kənan Əzimov bildirib ki, təcılı əməliyyat olunmalıdır. Yolda bir hadisə olar deyə dusunub Bakıya gətirməyə ehtiyat etdik və əməliyyat olunmasına razılıq verdik. Əməliyyatdan çıxan həkim, əməliyyatın uğurlu olduğunu dedi və qardaşımı  reanimasiyaya yerləşdirildi.

Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişən Nəsımı Mehdiyev

Həkim hər gün vəziyyətin stabil olduğunu, xəstənin vəziyyətinin get-gedə yaxşılaşdığını bildirirdi. Vəziyyətin getdikcə yaxşılığa doğru getdiyini biz də şahidi olurduq. (Bunu Xəstəxanadan aldığımız rapor sənədlərində də görmək olar)

Bir neçə gündən sonra qardaşımın vəziyyəti yaxşılaşdığı üçün palataya köçürdülər. Ayın 21-də telefonla Kənan həkimlə danışanda o, “xəstənin həyatı üçün heç bir təhlükə yoxdur” dedi. Ayın 22- si gecə saat 23 radələrində xəstə özün narahat hiss etməyə başlayıb. Qardaşımın Yanında qalan həyat yoldaşı tibb bacısına yaxınlaşıb vəziyyəti deyib və xəstənin palatasına gəlməyi xahiş edib. Tibb bacısı “indi baxmışam narahat olma” cavabın verib. Həyat yoldaşı palataya qayıdıb və vəziyyətin pisləşdiyini görüb. Dərhal tibb bacısının yanına qayıdıb və təcili yardım olunmasını tələb edib. Palataya gələn tibb bacısı vəziyyəti görən kimi növbətçi həkimi çağırıb. Palataya gələn növbətçi həkim təcılı xəstəni reanimasiyaya yerləşdirib. Eyni zamanda qardaşımı əməliyyat edən həkim Kənan Əzimovun cagirilmasin bildirib.

Neyrocərrah Kənan Əzimov

Tibbi personal və Mühafizə bir neçə dəfə Kənanın mobil nömrəsinə zəng ediblər. Zəng çatsa da, o telefonu açmayıb. Məcburən baş həkimə zəng edib vəziyyəti deyiblər. Baş həkim də təcili Kənanın cagırılmasın bildirib. Saat 00.15- dən 08.30- dək olunan çoxsaylı zənglərə Kənan cavab verməyib. Nəhayət 09.00- da özü gəlib. Qrdaşım Kompüter Tomoqrafiya olunandan sonra, Kənan həkim  “artıq gecdir” deyib. Bunun ardınca xəstəxananın işçisi çıxıb qardaşım Baxış Mehdiyevə, “başınız sağ olsun, Allah rəhmət eləsin qardaşınız dünyasını dəyişdi. Gəlin xəstəxanaya artıq pul odəməniz var onu qəbul edin”- deyə bildirib. Bundan sonra dünyasını dəyişən qardaşımı ambulansla yaşadığı Ağdam rayon 4-yol qəsəbəsinə gətiriblər.

Ən dəhşətlisi isə odur ki, xəstəxananın baş həkimi Fuad deyir ki,gəlin akt bağlayaq ki, xəstə xəstəxanada yox,ambulansda dünyasını dəyişib. Belə şərəfsizlik ağlıma belə gəlməzdi.
Bütün bunları nəzərə alıb Gəncə Beynəlxalq Xəstəxananın həkimlərinin səhkənkarligin ictimailəsdirulməsində bizə köməklik gostərməyinizi Sizdən xahiş edirəm.

P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

Facebook Comments