Bu, dünyanın ən böyük problemidir – Tramp

Rusiya ilə nüvə silahı barədə danışıqları yüksək qiymətləndirirəm.

Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri qonaq olduğu radioşou zamanı danışıb.

Prezidentin sözlərinə görə, hazırda Moskva və Vaşinqton nüvə silahı ilə bağlı müzakirələr aparır.

“Sözügedən məsələ bu gün də dünyanın ən böyük problemi olaraq qalır”, – Tramp qeyd edib.

ABŞ lideri bildirib ki, Rusiya da bu sahədə ciddi qərarların qəbul edilməsinin tərəfdarıdır, ona görə də müqavilələrin imzalanması uzun müddət çəkməyəcək.

Facebook Comments