Bu baş verəndə Putin erası bitəcək – Leon Aron

Putin erası Vladimir Putinin ölümüylə bitəcək, amma başqa variantlar da mövcuddur.

Sozcu.az xəbər verir ki, bunu “Azadlıq radiosu”na müsahibəsində Amerikan Enterprayz İnstitutunun rəhbəri Leon Aron deyib. Aron müsahibəsi zamanı Putini Rusiya çarı I Nikolayla müqayisə edib:

“I Nikolayın Krım müharibəsində məğlubiyyətindən sonra praktik olaraq ölkədə rejim dəyişikliyi baş verdi. Rus-yapon müharibəsində məğlubiyyət isə I rus inqilabına səbəb olub. Birinci Dünya müharibəsindəki uğursuzluqların 1917-ci ildə nəyə səbəb olduğunu hər kəs bilir. Əfqanıstan savaşı aşkarlıq və yenidənqurmanın başladılmasının səbəblərindən biridir. Sözsüz ki, indi də risk mövcuddur. Məncə, Putin bundan sonra da indi olduğu kimi hərəkət edəcək. Ona görə ki, o, öz uğuruna inanır və onun bunun üçün ciddi səbəbləri də var. Demək olar ki, o, bütün böhranlardan qalib ayrılıb”.

Facebook Comments