Bu Avropa ölkəsində də xalq küçələrə axışdı: İstefa!

Minlərlə insan Çernoqoriya hakimiyyətinə qarşı etiraz aksiyasına başlayıb.

Sozcu.az RİA-ya istinadən xəbər verir ki, paytaxt Podqoritsa küçələrinə toplaşan etirazçılar hökuməti korrupsiyada ittiham edərək istefasını tələb edirlər.

Etiraz aksiyalarında iştirak edənlərin əksəriyyəti tələbə və müəllimlərdən ibarətdir. Onlar dövlətin özəlləşdirildiyini, azadlıq istədiklərini şüarları ilə bəyan edirlər.(Axar.az)