Bu ailə karantin başlayandan çörəksiz qalıb – FOTOLAR – VİDEO

Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsinin bir sakini tərəfindən Yeniavaz.com-a ünvanlanan müraciət əsasında qəsəbədə məskunlaşan maddi imkanı zəif olan bir ailənin yanında olduq.
Ailə artıq bir neçə ildir Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, ərazisi təxminən 80 kvadrat metr olan kiçik bir evdə kirayəşin kimi məskunlaşıb. Əslən Qubadan olan 2 övladlı ailənin heç bir yerdən gəliri yoxdur.

Nə Elnarə Həbibova, nə də həyat yoldaşının daimi iş yerləri də olmadığından gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkirlər.

Evin xanımı qazancı yalnız kauçuk və dəmir içki qablarını yığıb satmaqla çıxarır. Həyat yoldaşı isə “Kamaz” sürücüsüdür. Onun günəmuzd əldə etdiyi qazancı elə çox olmasa da, ən azından evin kiçik problemlərinin həllinə kömək edirmiş. Hazırkı vəziyyətlə əlaqədar olaraq həmin qazancdan da olduqlarına görə yaşayışları daha da çətinləşib. Bu səbəbdən də məskunlaşdıqları evin kirayəsini verə bilmirlər.

Elnarə xanım sonda Yeniavaz.com vasitəsilə imkanlı şəxslərin onlara 120 AZN həcmində olan kirayə pulunu verməkdə köməklik etmələrini xahiş etdi.

Sozcu.az

Facebook Comments