“Bu adam kimdir?” – Riberidən etiraz

“Fiorentina”nın futbolçusu Frank Riberi FİFA-2020 videoyununda öz görünüşünü bəyənməyib.

Sozcu.az xəbər verir ki, bu haqda Twitter hesabından paylaşım edən 36 yaşlı yarımmüdafiəçi oyunun yaradıcısı olan “EA Sports” şirkətini işarələyərək etiraz bildirib:

“Buyaxınlarda uşaqlarımla FİFA-20 oynadım. Bu adam kimdir?”

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü bu ilin yayında uzun müddət çıxış etdiyi “Bavariya”dan ayrılaraq İtaliya klubuna keçib.(Qol.az)