Britaniyanın yeni lideri kim olacaq?

Böyük Britaniyada yaxın vaxtlarda parlament seçkiləri keçirilsə, Leyboristlər Partiyası qalib gələcək, onun lideri Ceremi Korbin isə ölkənin yeni baş naziri olacaq.
Sozcu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşrin apardığı sorğuya əsasən, iqtidardakı Mühafizəkarlar Partiyası səsvermədə sadəcə 259 yer qazana bilər, Leyboristlərin isə parlamentdə 296 yeri olacaq. Bununla da Mühafizəkarlar parlamentdə 59 kreslodan məhrum olmuş sayılacaqlar.(Axar.az)