Britaniya mahiyyətini gizlədə bilmədi: Uyğur problemi…

İnsan hüquqlarının pozulması London və Pekinin bir sıra məsələlərdə məhsuldar əməkdaşlığına mane olmamalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Boris Conson deyib.

“Düşünürəm ki, bu yanaşma Britaniya sakinlərinin mənafeyinə uyğundur”, – deyə Conson əlavə edib.

Qeyd edək ki, bundan öncə B.Britaniyanın xarici işlər naziri Dominik Raab Çində uyğurların məcburi əməyindən dolayı bu ölkədən (xüsusilə Sincan Uğyur Muxtar Vilayəti – red.) bəzi məhsulların idxalına qadağa qoyulacağını bildirmişdi.

Lakin Consonun bu açıqlaması göstərdi ki, əslində Uzaq Şərqdə uyğurların başına gələnlər bu dövlət üçün əhəmiyyətli deyil. Əhəmiyyətli olan “insan haqlarının çarçısı” olan dövlətin gəlirləridir.

Facebook Comments