Braziliyada məktəbdə atışma: ölənlərin sayı artdı – Foto

Braziliyanın Sao Paulo əyalətində məktəblərdən birində silahlı insident yaşanıb.

Sozcu.az xəbər verir ki, atışma zamanı 6 nəfər öldürülüb. Ölənlərdən 5-i şagirddir.

Rəsmi şəxslər iki silahlı şəxsin zərərsizləşdirildiyini bildirib.

Braziliyanın San-Paulu şəhərində məktəbə silahlı basqın nəticəsində 8 nəfər ölüb.

Məktəbdə iki yeniyetmə atəş açaraq beş uşağı və məktəbin bir əməkdaşını öldürüb. Atəş açanlardan biri daha sonra özünü öldürüb. Hadisə zamanı yaralanmış 17 nəfər xəstəxanaya çatdırılıb.(Axar.az)

Facebook Comments