Braziliya millisində Neymar şoku

Futbol üzrə Braziliya milli komandası ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın hücumçusu Neymar zədələnib. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Braziliya millisinin Qətərlə qarşılaşdığı yoxlama oyununda (2:0) zədələnən Neymarın Amerika kuboku turnirində iştirak etməyəcəyi bildirilir.

Amerika kuboku-2019 turniri 15 iyun-7 iyul tarixlərində keçiriləcək.