BP-dən neft tələbatı ilə bağlı – Hesabat

BP artan neft tələbatının sona çatdığını elan edən ilk böyük neft şirkəti olub.

Sozcu.az xəbər verir ki, bu barədə BP-nin hesabatında deyilir.

Şirkət neft tələbatındakı kəskin artımın sona çatdığını bildirib. BP-yə görə, neft istehlakı koronavirus böhranından əvvəlki səviyyəyə heç vaxt qayıtmayacaq. Ən optimist ssenaridə isə tələbat qarşıdakı 20 ildə böyük ölçüdə üfüqi xətt üzrə davam edəcək.

BP hazırkı vəziyyətin bərpası üçün enerji transformasiyasını və dünyanın fosil yanacaqlardan uzaqlaşmasının vacibliyini qeyd edib.

Facebook Comments