Boşanacaqları iddia edilən cütlük barışdı

Türkiyəli müğənnilər Seren Serengil əri Yaşar İpəklə yenidən bir araya gəlib.

Sozcu.az xəbər verir ki, İnstaqramda məşhur olan cütlüyün küsməyinə səbəb qaynana haqda paylaşılan status olub.

Seren küsülü olduğu qaynanası ilə barışıq yeməyindən foto paylaşaraq “Ərim üçün çiy toyuğu da yeyərəm” yazması vəziyyəti daha da pisləşdirib. Yaşar buna görə evi tərk edib.

Ancaq ayrılığa üzün müddət tab gətirməyən ifaçı yenidən xanımının evinə qayıdıb.

Seren bu haqda sosial media hesabından paylaşım edib:

“Yolumuz uzundur, başqalarının hekayəsini danışarkən, bir də baxırsan özündə o hadisəni yaşayırsan. Mən səni incitmişəm, sən də məni incitmisən, amma deməyə dilim gəlməyib. Onu ucatlmaq üçün dediyim bir söz səhv başa düşülüb. “Onun üçün edə bilməcəyim heç nə yoxdur” sözümü düzgün başa düşməyiblər. Bu yalnış fikirlərə səbəb verdiyim üçün üzr istəyirəm. Məni sevən, dəyər verən, bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirən, həyatımda məni xoşbəxt etmək üçün nəsə etməyə çalışan tək insandır. Nə yaxşı ki, evimizə geri qayıtdın”.(Axşam.az)