Bonuççidən Ronaldo ilə bağlı açıqlama: “Turinə qayıtdıqdan sonra…”

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Leonardo Bonuççi komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Sozcu.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, Ronaldonun “Milan”la oyunda (1:0) əvəzlənməsinə sərt reaksiya göstərməsi ilə bağlı danışıb:

“Keçmişdən çox, gələcəyə baxmağa üstünlük verirəm. Bu barədə danışmaq üçün çox vaxt olacaq. Hazırda yalnız milli komanda haqqında düşünməliyik. Turinə qayıtdıqdan sonra bu barədə düşünmək, danışmaq imkanımız olacaq. Qarşıda Ronaldonun ən yaxşı formasında olmasını tələb edəcək çox oyunumuz var. Əminəm ki, Ronaldonun əsas məqsədi “Yuventus”a bütün hədəflərində kömək etməkdir”.

Oyunun 55-ci dəqiqəsində əvəzlənən portuqaliyalı futbolçu, meydanı tərk edərkən baş məşqçi Mauritsio Sarriyə etiraz etmiş və birbaşa paltardəyişmə otağına getmişdi.(Komanda.az)