Bombalı hücum: Polis rəisi öldürüldü

Yəmənin Hadraməvt vilayətində Şibam rayonunun polis rəisi Salih Əli Cabirə bombalı hücum edilib.

Sozcu.az xəbər verir ki, partlayıcı polis rəisinin avtomobili keçən zaman işə düşüb.

Hadisə nəticəsində rəis və 4 cangüdəni həlak olub.

Hələlik heç bir qruplaşma hücumu üzərinə götürməyib.

Facebook Comments