Boltondan şok: Tramp NATO-dan çıxmaq istəyib

ABŞ Prezidenti Donald Tramp NATO partnyorlarının “Şimal axını 2” layihəsinə dəstəklərini davam etdirəcəyi durumunda alyansdan çıxacağını bildirmişdi.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton yeni kitabında qeyd edib.

Bolton həmin məsələ ilə əlaqədar Trampla aralarında olan telefon danışığından olan çıxarışları öz kitabında yazıb:

“2018-ci ildə Brüsseldə NATO sammiti ərəfəsində mənə zəng edərək böyük oyuna hazır olub-olmadığımı soruşdu. Və bunları dedi: NATO-ya hörmətim böyükdür. Amma haqsız münasibətlə qarşılaşırıq. Rusiya anlaşılmazlığımız davam etdiyi müddətcə NATO daxilində olmayacağıq. Üzv ölkələr Rusiyaya milyardlarla pul ödəyir. Onlar bu təbii qaz layihəsini təsdiqlərsə, biz gedirik”.

Facebook Comments