BMT-nin kağız parçasındanmı yapışaq, yoxsa düşmənin başına od ələyək?

“Təhqir ona görə yazılmalıdır ki, xalqları sülhə hazırlayanın gözünə soxasan və bu təhqirin yiyəsi ilə sülh şəraitində yaşaya bilmərik deyəsən”

Düşmən qələbəsini qeyd edəndə uduzan tərəf məğlubiyyət gününü yada salar və bu qarşaılaşma on illərlə davam edəndə məğlub tərəfin milli və fərdi faciəsi olur. 29 ildir ki, biz vətən torpaqarının itirildiyi günləri qeyd edirik, düşmən də qələbələrini. Vətənimizi işğaldan azad edənədək bu belə olacaq. Yas tutmağı, ağlamağı unutmaq lazımdır. Qarabağ rayonlarının işğal günlərini də qeyd etməyi artq yazıqlıq əlaməti sayıram. Yazıqlığı kulta çevirən, özünü əbədi əzabkeş göstərən düşmənimizin xarakterindən fərqli olaraq həmin günləri qisas günü kimi yaddaşımıza möhkəmlətmək lazımdır. Qisas almağın şövqü ilə yaşamaq həyatı stimullaşdırır.

SSRİ dönəmində artıq Moskvada yaşayan Nazim Hikmət Ermənistana da gəlir və ictimaiyyətlə görüşlər keçirir. Görüşlərin birində Nazim Hikmətə sual verirlər ki, türklərin erməniləri soyqırım etdiyinə münasibəti necədir? Nazim Hikmət cavab verir ki, “millət var baş kəsməklə fəxr edir, millət də var ki, başının kəsilməsi ilə fəxr edir. Münasibətim belədir”. Biz başı kəsilmiş millət kimi yaşayıb yazıqlığımızı kulta çevirməməliyik. Düşmənin başını kəsib vətənimizi işğaldan azad etmək üçün ölməyi, öldürməyi qəbul etməli, qələbə qazanmalıyıq.

Dörd gündür ki, düşmən Dağlıq Qarabağın müstəqil elan olunmasının 29 illiyini qeyd edir. Gələn il yubileydir. Azərbaycan Ordusu buna imkan verəcəkmi? Gördüyünüz kimi danışıqlardan, diplomatiyadan, BMT qətnamələrindən danışmıram, məhz ordunu qeyd edirəm. Ordunu təsadüfən yada salmadım. Qondarma “prezident” Arutunyan dünən özünün 100-cü gününə qiymət verərkən belə dedi: “Ordunu gücləndirdiyimizə görə düşməni bizimlə hesablaşmağa məcbur etmişik ki, böyük geopolitik hadisələri gözləməklə status-kvoya əməl etsin. Bu hadisələr Qarabağ probleminin bir hissəsini həll etməyə imkan verər, tam həlli mümkünsüzdür. Kosovanın müstəqillik məsələsi tam həll olunmayıb, amma hansısa mənada hər şey qaydasına qoyulub”. Və əlavə edib ki, məsələnin on ilə həlli ehtimalı çox azdır.

Düşmən gücləndirilmiş ordusuna güvənir, düşmən xeyrinə baş verəcək “geoplitik dəyişikliklərə” ümidlidir, düşmən arxayındır ki, on ilə də problemin həlli variantı yox kimidir. Düşmənin bu arqumentlərini, planını birinci güclü ordumuz, ikincisi, geopolitik prosesləri diplomatiyamız məhv etməlidir. 29 ildir edə bilmirik. Deməli, səhv siyasət aparılıb. Son günlər baş verənlər xeyrimizə nəticələnə biləcək bir ərəfə qarşısında olduğumuz ab-havasına bənzəyir.

Qətnamələri 27 ildir deyirik, nəticəsi yoxdu. Olmayacaq da. Bizim problemimizə 4 qətnamə qəbul olunub. 1967-dən 1989-cu ilə kimi BMT Təhlükəsizlik Şurası İsrail-ərəb qarşıdurması ilə bağlı 131 qətnamə qəbul edib və 43-də İsraili günahkar hesab ediblər. Nəticəsi varmı?

Dünən Ermənistan KİV-də biz açıq təhqir olmuşuq. Bu təhqiri yazmağa məcburam. Ona görə ki, düşmənin bizi lağa qoymasını, təhqir etməsini göstərməsək, deməsək, qisas hissi yaranmayacaq. Biz yenə illər gözləməli olacağıq. Düşmənin təhqirini hamı bilməlidir ki, içində alov yansın. Təhqir ona görə yazılmalıdır ki, xalqları sülhə hazırlayanın gözünə soxasan və bu təhqirin yiyəsi ilə sülh şəraitində yaşaya bilmərik deyəsən. Xüsusilə, məğlub vəziyyətində. Nəhayət, düşmən 29 illik müstəqilliyini belə sözlərlə yekunlaşdırır:

“Бакинская «собака» лает – НКР идет своим путем, развивается, процветает и скоро станет новой Родиной для 500.000 армян. И ничего уже Азербайджан сделать не в силах”. (Bakı”iti” hürür-DQR öz yolu ilə gedir, inkişaf edir, çiçəklənir və tezliklə 500.000 erməninin yeni Vətəni olacaq.Və artıq Azərbaycan heç nə etmək gücündə deyil).

29 il ərzində ilə bir kəndimizi azad etsəydik erməni cürət edib bizi belə təhqir etməzdi.

Nə etməliyik? BMT-nin kağız parçasındanmı yapışaq, yoxsa düşmənin üstünə od parçası əsgərimizi göndərib, başına od ələyək? Əksini etsək, “DQR” öz yolu ilə gedəcək, bizə də yana-yana baxmaq qalacaq.moderator

İlham İsmayıl

Facebook Comments