BMT-də qətnamə: İrəvan Moskvanı dəstəklədi, Bakı isə…

BMT Baş Assambleyası Krımın Sevastopol şəhərinin, eləcə də Qara və Azov dənizlərinin hərbiləşdirilməsi problemi barədə qətnamə qəbul edib.

Sozcu.az xəbər verir ki, qətnamədə Rusiyanın Krımdan və Donbasdan öz qoşunlarını geri çəkməsi tələb olunub. Qətnamədə, həmçinin, Rusiyanın “Berdyansk”, “Nikopol” və “Yanı Kapu” gəmilərinin bütün silahlarının və təchizatının Ukraynaya qaytarılması məsələsi də yer alıb.

Baş Assambleyada keçirilən səsvermədə qətnamənin lehinə 63, əleyhinə isə 19 ölkə səs verib. 66 ölkə səsvermədə bitərəf qalıb. Qətnamənin əleyhinə səs verənlər sırasında Ermənistan, Belarus, İran, Şimali Koreya, Venesuela, Rusiya, Suriya kimi ölkələr yer alıb.

Azərbaycan isə səsvermədə iştirakdan imtina edib.

Facebook Comments