“Bizim nə rəsmimizin, nə qeyri rəsmimizin hələ Xankəndinə girmək icazəsi yoxdur”

Bu gün-29 dekabrda Ermənistan müdafiə naziri Vaqarşak Arutunyan hərbi heyətlə Rusiya Federasiyasının Gümrüdəki 102 saylı hərbi bazasına gedib. 29 dekabr 102 saylı briqadanın yaranma günüdür. Rusiyanın 10 noyabradək Cənubi Qafqazda rəsmən sonuncu bazası olan (Cənubi Osetiya və Abxaziyadakı Rusiya hərbi bazaları Gürcüstanın razılığı olmadan yerləşib və işğalçı statusundadır) Gümrü bazasına Qarabağda Rusiya sülhməramlıları adı altında başqa hərbi birləşmə də əlavə olundu. Yəqin gələn il 10 noyabrda Ermənistanın müdafiə naziri böyük heyətlə Xankəndinə gəlib rus qoşunlarının Qarabağda fəaliyyətə başlamasının 1 yaşını qeyd edəcək. Bizim hərbi rəhbərlik də ola bilsin ki, “yubiley şənliklərinə” qatılmaq niyyətində olsun, amma rusların buna icazə verib-verməməyi indidən baxanda çox sual altındadır. Bizim nə rəsmimizin, nə qeyri rəsmimizin hələ Xankəndinə girmək icazəsi yoxdur.

Gümrü bazasının şəxsi heyəti 4 min nəfərdir. Qarabağdakı Rusiya hərbi bazasının sayı rəsmən 1960 olsa da, Azərbaycan tərəfin buna nəzarət etmək mexanizmi yoxdur və qeyri-rəsmi məlumatlara görə 6 min nəfəri keçib. Rusiyanın Cənubi Qafqazda ən böyük hərbi bazası statusna iddia edən Qarabağdakı birləşmələri texniki cəhətdən də “sülhməramlı” missiya statusundan çoxdan çıxıb.

Rusiya Qarabağ erməniləri adı altında İrəvandan hər cür ermənini – Livandan çoxdan və indi gələnləri, İrəvanda iş tapmayan qadınları (bunların içərisində qədim peşənin nümayəndələri çoxluq təşkil edir, çünki 6 minlik Rusiya kontingentinin hələ artacağı da gözlənilir). Hələ sovet dönəmində Bakıda, Gəncədə komendant saatı zamanı rus hərbçilərinin BTR-lərinin dar lyukundan əzabkeş erməni xalqının əzabkeş qızları əziyyətlə girib çıxırdılar. Onlar bu işi Məşədi İbad demiş, ”əvvəllər çox təcrübədən keçirib”.

Rusiyaya Qarabağda erməni lazımdır, onun da hər gün uydurma statistikasını təqdim edir. Moskvadan gətirdikləri ilə də faktiki olaraq ölkə qurur, o ölkə ki, Putinin dediyinə görə statusu da həll olacaq.

P.S. İndi Xankəndinə gedə bilməsək də, ümid edək ki, elə mövqe nümayiş etdiriləcək, elə siyasi-hərbi təzyiqlər göstərmək olacaq ki, beş ildən sonra bizim hərbçilər əllərində gül-çiçək gedib Rusiya hərbçilərini son gün münasibətilə Laçın dəhlizindən, Xocalı aeroportundan yola salacaq. Moderator.az

Facebook Comments