“Biz sübut edəcəyik ki, Azərbaycan Suriya deyil, Liviya deyil” – Arif Hacılı

“Son həftə ərzində ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətə səbəb olan aksiyamız baş tutdu. Həbs olunduq, yaxınlarımız təhdid edildi, amma mövqeyimizdən dönmədik, sözümüzü dedik.Hüquqlarımız tanınanadək mübarizəmiz davam edəcək”.

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın keçirdiyi 12 noyabr aksiyasına münasibət bildirərkən deyib. “Biz Əliyev rejiminə mədəni millət, sivil xalq olduğumuzu subut edəcəyik” -deyən müsavat başqanı aksiyada iştirak edənlərə təşəkkürünü bildirib:

“”Biz sübut edəcəyik ki, Azərbaycan Suriya deyil, Liviya deyil. Bu ölkələrdə olan vəziyyəti bizə xoxan kimi göstərmək yersizdir. Siz bu ölkələrin diktatorlarına bənzəyirsiniz, amma Azərbaycan cəmiyyəti lap çox irəli gedib. Cəmiyyətin inkişaf səviyyəsi azad, ərazisi bütöv, firavan dövlət qurmaq üçün yetərlidir. Bu indi müəyyən zamana bağlıdır.
12 noyabr aksiyası da siyasət tariximizə yazılacaq bir hadisə oldu. Bu aksiyanın baş tutmasında əməyi olan hər kəsə, iştirakçılara, həbs olunub əziyyət çəkənlərə, informasiya dəstəyi verən mediya qurumlarına bir daha təşəkkür edirəm.
Var olun”.