BİZ NƏDƏN MİLLİ DÖVLƏT QURA BİLMİRİK?

AYDIN  MƏDƏT  OĞLU  QASIMLI, 

Filologiya elmləri üzrə fəlsəfə doktoru,dosent

  1. ÇÜNKÜ :Kosmopolit düşüncəli insanlar xalqı üzü Qərbə dəfn etməyə, tariximizə, dilimizə, mənəviyyatımıza, milli düşüncəmizə, milli kimliyimiz olan Türklüyümüzə qarşı çıxmağa, xalqın müqəddəs amallarını, birlik və bütövlük arzularını yıxmağa, xalqın ayrı-ayrı zümrələri arasında fitnə-fəsad salmağa çalışırlar;
  2. ÇÜNKÜ :“Qoyun dərisinə” bürünərək “Azərbaycanlı” adı altında milləti içindən yeyən ikiüzlü, riyakar yadqanlı “canavarlar” özlərinin meşşan həyatı üçün xarici düşmənlər tərəfindən hakimiyyətə gətirilmiş iqtidar mənsublarına yaltaqlanaraq yüksək mənsəb sahibi olmuş, xalqın bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurmağa çalışırlar;
  3. ÇÜNKÜ :Yüksək dövlət postlarında oturub millətin və dövlətin gələcəyini düşünməyən bir qrup saxta diplomlu çinovniklər yerlibazlıq, tayfabazlıq, qohumbazlıq, dostbazlıqla məşğul olur, xalqın istedadlı balalarının millət, dövlət və vətən sevgisini zədələməyə çalışırlar;
  4. ÇÜNKÜ :Xalqın qanını gənə kimi soran, cəzasız qalacaqlarından arxayın olaraq millətin və dövlətin paralarını xarici banklarda yatıran, haram və rüşvətlə yaşayan vicdanı güvələşmişlər xalqı gündəlik çörəyə möhtac qoyurlar;
  5. ÇÜNKÜ :Siyasi mövqe və iqtisadi mənfəət üçün iqtidar mənsubları qarşısında ikiqat əyilənlər, buqələmun kimi rəngdən-rəngə, şəkildən-şəklə düşənlər xalqın yoxsulluğundan, yorğunluğundan, onun uşaq səmimiyyətindən istifadə edərək ona yuxarıdan aşağı baxırlar;
  6. ÇÜNKÜ : Siyasilər xalqda xof, qorxu, təşviş, məyusluq, ümidsizlik yaradaraq xalqın müqavimət gücünü qırmağa, onu müti bir varlığa çevirməyə çalışırlar;
  7. ÇÜNKÜ : Əxlaq səddini aşan bir qrup ziyalı hələ yaradılması nəzərdə tutulan Milli dövlətin himinə su tökməklə məşğuldurlar;
  8. ÇÜNKÜ : Tarixdə çox şey dəyişsə də idarəçilikdəki “şahlıq” anlayışı məmləkətimizdə bu gün də yaşamaqdadır;
  9. ÇÜNKÜ : Milli dəyərlər bir-birinə zidd olan Qərb qlobalçılığı və fars məzhəbçiliyi ilə əvəz edilir;
  10. ÇÜNKÜ :Özgələrdən kult düzəldən manqurtlarımız xalqımıza qarşı hazırlayıb mərhələ-mərhələ həyata keçirdikləri Türk ruhuna qarşı terrorları, siyasi səviyyədə ardıcıl olaraq hazırladıqları qəsdlər, tarixi tədqiqatlar, ədəbi proseslər, mədəni məsələlər bugün xalqımızda və hətta bir çox ziyalılarımızda belə bir aşağılıq duyğusu yaradırlar;
  11. ÇÜNKÜ : Cəmiyyətimizdə hər cür əcayib yeniliyə millilik donu geydirilir, həqiqi milli dəyərlər gerilik, köhnəlik kimi qələmə verilir, millətin çağdaş həyatına başqalarındanəxz edilmiş bayağı adətlər, vərdişlər soxuşdurulur;
  12. ÇÜNKÜ : Xalqımızın savadlı sayılan təbəqəsinin aparıcı bir qrupu milli güzgüyə deyil, etinasızlıqdan ona sırınan yabançı güzgüyə baxdıqda öz üzünə deyil, başqasının üzünə baxdığının, özünü deyil, özündə özgəsini görməyinin, özgə kimi düşünməyinin, özgə kimi yazdığının, özgə kimi yaşadığının, bir sözlə, özgələşdiyinin fərqində deyillər.Onlar bu özgələşməni xalqa da təlqin etməyə çaışırlar;
  13. ÇÜNKÜ :Bu işləri ədəbiyyatımız, sənətimiz, musiqimiz, mətbuatımız, ən başlıcası isə hər evə daxil olan “çağrılmamış qonaq” olan televiziyalarımız daha da mürəkkəbləşdirir, dərinləşdirirlər;
  14. ÇÜNKÜ :Ədəbiyyatımızın bir qolu və onu təmsil edən “Freydizm xəstəliyi”nə tutulmuş bir qrup yazarımız və televiziyalarımız  xalqımızın adını belə dilə gətirməyən, lüğətlərinə belə salmayan insanın ayıblı yerlərini ədəbiyyatımıza və televiziya verlişlərinə gətirir, iki nəfərə aid münasibətləri televiziya vasitəsilə kütləviləşdirirlər.Belələri gəncliyin emosionallığındansui istifadə edərək onların ağlını, zəkasını söndürüb ehtirasa yönəltməklə gəncliyi insanlıqdan çıxarıb “beçə və fərəyə” çevirməyə çalışırlar. Onlar fərqində deyillərmi ki, bunlar əslində əxlaqsızlığa, azğınlığa açılan bir cığır, zinaya aparan bir yoldur?;
  15. ÇÜNKÜ : Maddi istəklərin həyata keçirilməsini mənəviyyat hesab edənlər marksizmdən və psixoloji istəklərin həyata keçirilməsini mənəviyyat hesab edən freydizmdən qidalanan bu tip qısırlığı təbliğ edən ziyalılarımız əslində insanı heyvandan, heyvanilikdən və ondan yaranan xəstəliklərdən qoruyan, bəşəri məna daşıyan, bəşəriyyətin həm bioloji və həm də mənəvi sağlamlıq simvolu olan ailəni dağıtmağa çalışırlar;
  16. ÇÜNKÜ : Avropa mərkəzçiliynin, Avropa Birliyi, Avropa Şurası, NATO, YUNESKO, Kütləvi İnformasiya Mərkəzləri və s. kimi dünyaya nəzarət mexanizmlərinin təsiri altında ölkəni və xalqı özgələşdirməyə çalışan bu yerli missionerlər, “mənəvi terroristlər”Avropa “seks mədəniyyəti”ni daha böyük şövqlə təbliğ etməklə əslində xalqımızı mənəvi katastroflara hazırlayır, onu seksual arzuların bataqlığına sürükləyirlər;
  17. ÇÜNKÜ : Qərbin hazırladığı “seks şərabı” bəzi ziyalılarımızın və televiziyalarımızın ağlını məst edib onu bir “səadət nəğməsi” kimi hər gün təkrar-təkrar oxuyub cəmiyyətimizə sırıyırlar;
  18. ÇÜNKÜ : Xalqı anti-milli gedişlərlə barışmağa məcbur edənlər, naqislikləri bayrağa çevirib xalqın başı üzərində dalğalandıranlar, hakimiyyət və vəzifə ehtirasları ilə xalqı parçalayanlar, onu pərakəndə vəziyyətə salmağa çalışırlar;
  19. ÇÜNKÜ :Hakimiyyətdəkilər hakimiyyətlərini, vəzifədəkilər vəzifələrini, ticarətçilər ticarətlərini, yaltaqlar yaltaqlıqlarını, ədalət keşikçiləri ədalətsizliyi, ziyalı sayılanlar mənsəb sahibliyini qorumaq üçün xalqı istiqaməti bəlli olmayan məqsədsiz bir gələcəyə sürükləyirlər;
  20. ÇÜNKÜ : Məmləkətdə siyasi vəkillər ümidsizlik girdabında çabalayan xalqı özgələşmiş siyasətbazların ümidinə buraxırlar;
  21. ÇÜNKÜ : Bir qrup yönətici xalqın bütün yaradıcı imkanlarını məhdudlaşdırır, xalqı ölçüsüzlük, dəyərsizlik tələsinə düşürürlər. Xalq yeni-yeni dəyərlər yaratmaq əvəzinə hakimiyyət oyunlarının xidmətçisinə çevrilir.Bəşəri hadisə sayılan, özündə ali məna daşıyan millət zorun köləsinə çevrilib kütlələşdirilir.Xalqı daxildən bu cür sarsıdanlar, onu kütlələşdirənlər, millətin içərisinə hər cür avantürist meyllər daxil edirlər;
  22. ÇÜNKÜ : Hakimiyyəti zorla ələ keçirmək istəyi “xalqa xidmət” adı ilə xalqa sırınır;
  23. ÇÜNKÜ : Hakimiyyəti mənimsəyən hər yeni iqtidar özündən əvvəlki xalqa zidd doktrinləri tətbiq edərək gedişatı öz xeyrinə həyata keçirməklə məşğul olur;
  24. ÇÜNKÜ : Hakimiyyəti ələ keçirmək üçün çalışan qruplar birləşib məqsədlərinə nail olandan sonra öz şəxsi mənafelərini ön plana çəkərək daha çox pay qoparmaq üçün bir-biri ilə qəddar mübarizə aparmağa başlayırlar;
  25. ÇÜNKÜ : Hakimiyyətə gələnlər xalqa xidmət vədlərini unudaraq öz yerlərini möhkəm saxlamaq üçün hər cür yalan və yaltaqlıqlara baş vururlar;
  26. ÇÜNKÜ : Hakimiyyətə can atan qruplar xalqa xidmət üçün deyil, rəqiblərindən qisas almaq üçün hakimiyyətə gəlməyə çalışırlar;
  27. ÇÜNKÜ : Hakimiyyətə gələn güclü zəkalı şəxs sonradan güclü ehtiraslıya çevrilib zəkasını nəfsinə, ehtirasına qurban verir;
  28. ÇÜNKÜ : Çox qəribə görünsə də xalq ölkəni xaricilərin həqarət meydanına çevirənlərə, dövlətlə xalq arasında bir uçurum yaradanlara inanır.Hakimiyyəti ələ keçirmiş fırıldaqçıların fırıldaqlarını onlara xidmət kimi başa düşən xalq bu fırıldaqçıların bütün vəhşətlərini unudub onlara sülh və sabitliyin təminatçısı kimi baxır;
  29. ÇÜNKÜ :Xalqın başında min bir oyunlar oynayanları, ölkədə gərginlik yaradanları, vətəndaşları üz-üzə qoyanları xalq təkrar-təkrar hakimiyyəti ələ almağa imkan verir, hətta onları bir xilaskar kimi alqışlarla qarşılayır;
  30. ÇÜNKÜ : Cəmiyyətimizdə insan ülviyyətinə, insan mənəviyyatına qarşı belə total, amansız və məkrli hücumlar var;
  31. ÇÜNKÜ :İnsanilik cəmiyyətimizin gözündən düşüb.Cəmiyyətimiz qorxunun, həsədin, cahilliyin, hərisliyin, tamahkarlığın, zalımlığın, yaltaqlığın köləsinə çevrilib;
  32. ÇÜNKÜ : Toplumumuzun millətinə, dövlətinə, dilinə, dininə, əxlaqına, mənəviyyatına sevgisi öldürülüb;
  33. ÇÜNKÜ :Cəmiyyətimiz haqqın, həqiqətin bir yenilməz, pozulmaz və tərəfsiz olduğunu, haqsız, həqiqətsiz, ədalətsiz bəşərin isə şər olduğunu bilə-bilə haqsızlığa, ədalətsizliyə dözür;
  34. ÇÜNKÜ : Toplumumuzun həqiqəti, ədaləti riyakarlıq, ikiüzlülük, yaltaqlıq, rüşvətxorluq olub;
  35. ÇÜNKÜ :Qəlbində millət, dövlət, vətən eşqi daşımayanlar, xalqın əzəmətli qüdrətini mənliyində hiss etməyənlər, yalnız var-dövlət yığmaqla məşğul olanlar yüksək dövlət postlarında oturublar;
  36. ÇÜNKÜ :İnsan mənəviyyatının üzünə qara pərdə çəkən, insan mənəviyyatını illuziya, cəfəngiyat hesab edən, öz heyvani istəklərinə əməl etməyi sivilizasiya sayan, insanlığın mənəviyyat sərhədlərini aşaraq xalqın min illərlə yaratdığı milli dəyərləri heç saymaqla guya yenilikçilik edənlər hər gün televiziyalara çıxaraq milyonlarla insanın beynini zəhərləyirlər;
  37. ÇÜNKÜ : Milli varlığımızı, mənəvi dəyərlərimizi altdan-altdan yıxmağa çalışan gözəgörünməz qüvvələr kütləvi informasiya vasitələrində özlərinə münbit zəmin tapıb dağıdıcılıqla, xalqımızı parçalamaqla məşğuldurlar;
  38. ÇÜNKÜ :Özündən müştəbeh “ziyalılarımız” Qərbin qurduğu “Qloballaşma toru”na düşüb kor yürüşünə çıxaraq xalqı da bu tora doğru sürükləməyə çalışırlar;
  39. ÇÜNKÜ : Bir qrup “idrakı sönük” siyasilər millət haqqını danır, həqiqəti öz cılız idrakları sayırlar;
  40. Nədən bəziləri istənilən böyük şəxsiyyətlərimizi kiçiltməyə, kiçik, hətta dəyərsiz insanları böyütməyə çalışırlar?
  41. Nədən din adına ölkədə təxribatlar törədənlər, ayrı-ayrı yad dini sektaların cəmiyyətdə qarşıdurma yaradanlarına, xalqın bütövlüyünü təhlükə altında qoyan məzhəbpərəstlərə “gözün üstə qaşın var” deyən yoxdur?
  42. Nədən bir sıra qeyri-hökumət təşkilatları ayrı-ayrı xarici dövlətlərin və bir qrup yerli məmurların parası ilə Azərbaycan cəmiyyətini istiqaməti bəlli olmayan bir yerə sürükləyirlər?
  43. Nədən yağışdan sonra baş qaldıran göbələklər kimi Azərbaycan siyasi arenasına atılan, Azərbaycan xalqını müxtəlif istiqamətlərə dartan siyasi partiyalar xalqın bu acı və faciəli günlərində birləşib bir yumruq olmaq əvəzinə bir-biri ilə “kor döyüşü”nə girib bir-birinə iftira, böhtan atmaqla münasibətləri daha da kəskinləşdirməklə məşğuldurlar?
  44. Nədən bugünkü Azərbaycan təhsili milli gənclik yetişdirmək hədəfindən çox uzaqdır? Nədən uşaq baxçalarında, orta, ali orta və ali məktəblərdə çalışanlar üzərlərinə düşən vəzifələri tam və doğru yerinə yetirmir, gəncliyin milli ruhda yetişdirilməsində və çağın tələblərinə cavab verən kadrlar hazırlanmasında əsaslı iş görmürlər?
  45. Nədən yetkili qurumlar 9 milyonluq xalqa nə qədər müəllim, nə qədər həkim, nə qədər mühəndis, nə qədər iqtisadçı, nə qədər maliyəçi, nə qədər hüquqşünas, nə qədər diplomat və s. bu kimi mütəxəssis gərək olduğunu öncədən planlaşdırmır ki, bu qədər ali məktəb məzununu ixtisasları üzrə yerləşdirmək mümkün olmadığından ölkədə bir tədirgənlik yaşanır?
  46. Nədən ölkədə kadrlar istedadlarına görə deyil, qohumbazlıq, yerlibazlıq və rüşvətlə işə qəbul olunurlar ki, bu durum da daha üzücü olaylara səbəb olur?
  47. Nədən dünyanın bugünkü gedişatında elm və texnikanın inkişafı digər xalqlara geniş üfüqlər açdığı halda bizdə ölkə ehtiyaclarını ödəyə biləcək yüksək səviyyəli mütəxəssis barmaqla sayılacaq qədərdir?
  48. Nədən illərdən bəri davam edən yanlış siyasət nəticəsində bugün xalqla ziyalı zümrələr arasında əlaqələr qopmuş, ziyalı xalqdan uzaq düşərək iqtidarın bir alətinə çevrilmişdir?
  49. Nədən bir qrup ələbaxan, yaltaq yazıçı, şair, müəllim, həkim, mühəndis, jurnalist, aktyor və müğənni heç bir ictimai qınağı nəzərə almadan xalqın estetik zövqünü korlayan telekanalların “ulduzuna” çevriliblər?
  50. Nədən ağzına gələni yazıb “şairəm, yazıçıyam, publisistəm” deyənlər öz cızmaqaralarını ictimai əmək məhsulu kimi cəmiyyətə sırıyırlar? Və s. və ilaxır bunların sayını artırmaq da olar.

Mən MİLLİ  DÖVLƏTİMİZİqura bilmədiyimizinnədənlərinisadaladım.Cavablarını yalnız və yalnız ƏLAHƏZRƏT  XALQIMIZ  verəcək !. Ona görə də Azərbaycan xalqı bu qloballaşan dünyada, bu “səssiz müharibə” dönəmindəöz MİLLİ  DÖVLƏTİNİ yaratmaq üçün ən azı bu “ÇÜNKÜLƏRİN “aradan qaldırılmasının həlli yollarını tapmalı, bununla da öz mövcudluğunu qoruyub saxlamağa çalışmalı və MİLLİ  DOVLƏTİNİ qurub “Milli Dövlətlər” cərgəsinə qoşulmalıdır: