“Biz belə qeyri – ciddi danışanda ermənilər deputatımızı lağa qoyur”

“Əlbəttə, erməni tərəfi ordumuzun zabitinin snayperlə vurulmasını boynuna almaz. Ona görə ki, bu olay artıq atəşkəsin pozulması hesab oluna bilər və qarşı tərəfin xeyrinə işləyə bilər”.
Sozcu.az xəbər verir ki, bunu siyasi analitik, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı deyib. O, bildirib ki, Ermənistan parlamentində nüfuz sahibi olan şəxslərin, məsələn Gagik Tsarukyanın dilindən səsələndirilməsini onlar daha effektiv olacağı düşüncəsi ilə edirlər.

“O ki, qaldı Dağlıq Qarabağ (ermənilər artıq Artsax olaraq işlədirlər və rəsmən Dağlıq Qarabağın adı dəyişdirilib) məsələsinin həll olunması məsələsinə, artıq biz dəfələrlə ifadə etmişik ki, erməni cəmiyyətində bu belə də qəbul olunur. Onlar məsələni həll etdiklərini düşünürlər.

Dəfələrlə demişik ki, Azərbaycan bu fikrin dəyişməsi üçün heç bir addım atmadığına görə onlar həyasızcasına snayperlə zabitimizi də vururlar və hətta Azərbaycanın bunu özünün etdiyi böhtanını da səsləndirirlər.

Parlamentdə Aydın Mirzəzadə snayperlərimizə təklif edir ki, Paşinyanı vurun. Ay bərəkallah, nə gözəl təklifdi? Özü də bu təklif səngərdə snayperin qulağına deyilmir, MM-də səsləndirilir. Snayperlərimiz hələ fikirləşəcəklər, Aydın müəllimin çağırışını yerinə yetirsinlər, ya yox? Biz belə qeyri – ciddi danışanda ermənilər deputatımızı lağa qoyurlar. Biz isə qəzəblənirik. Qəzəblənib nə edirik? Heç nə…İndi bu durumdayıq”.

Moderator.az

Facebook Comments