“Bir payız axşamı inqilabı”nın liderləri

Natiq Ədilov

“Bir payız axşamı inqilabı”nın liderləri: Ələkram Hümbətov, Qurban Məmmədov, Mirmahmud Mirəlioğlu

Londonda mənzillənən fitnəkar Qurban Məmmədov öz youtube kanalından özünü qondarma Talış respublikasının prezidenti sayan Ələkram Hümbətovun müraciətini yayıb.

Talış xalqına ünvanlanan müraciətdə “prezident” deyir ki, Azərbaycanda yaşayan bütün millətlər, sosial qruplar dövlət idarəçiliyində bacarıqsızlığını göstərdiyindən talışlar, talış xalqı öndə olmaqla ətrafına güc (?) toplamaqla bütövlükdə dövlət idarəçiliyini üzərinə götürsün!

Ələkram Hümbətovla bağlı geniş izahata ehtiyac yoxdur, o dəfələrlə açıq şəkildə Azərbaycana düşmən mövqeyini ifadə etmişdir, hazırkı respublikanın sərhədlərini və formasını süni təsisat adlandırmış, onun suverenliyini şübhə altına qoymuşdur. Ermənilərdən üzrxahlığı, onları dost görməsi də köhnə söhbətdir.
Yaxşı bəs, londunlu fitnəkarın məqsədi nədir?

Onun priyomlarını yaxşı bildiyimdən düşündüm, bu müraciəti yayandan sonra deyəcək ki, özüm belə etmişəm xalq dostu ilə düşmənini bir daha tanısın, Ələkramın zərərli ideyalarından xəbər tutsun (hərçənd Ələkram təzə nəsə demir, camaat da onu pis tanımır). Lakin, kanalın şəhr bölməsinə Qurbanın yazdığı, özü də tələsik yox, düşünərək (şərhə sonradan redaktə olunması onu deməyə əsas verir) bu şəxs Ələkramın müraciətini pozitiv şey kimi düşünərək yayıb. Belə görünür ki, “bir payız axşamın”da ediləcək inqlabın liderləri təkcə Mirmahmud Mirəlioğlu və Qurban deyilmiş, müqəddəs üçlük Ələkram Hümbətovun zühuru ilə tamamlanır.

Ələkramın nə qədər talış təəssübkeşi olduğunu mübahisə etmək olar, Qurban Məmmədov isə əsla o plankaya düşməyən adamdır. Onun mənsub olduğu xalqı, düşərgəni belə sevdiyi şübhəlidir. Bu adamın sevdiyi və can qoyduğu tək bir iş var: fitnə-fəsad çıxarmaq, intiriqa. O bu cür saxta, provokativ hərəkəti ilə öz ağlınca ölkədə xalqlar arası münasibətləri daha da korlamaq, dövlətin zor alətinə əl atıb növbəti repressiyalarla cəmiyyətin gözünü qırmağına şərait yaratmağı düşünməmiş deyil. O bu məsələ üzrə mahirdir.

Yeni tamaşaçılar üçün xatırladaq ki, Məmmədov oxşar təxribatı Milli Şurtada olarkən etməyə təşəbbüs göstərmişdi (Milli Şura rəhbərliyinə təkliflər paketi veribmiş ki, biz şəriət dövləti qurmaq barədə plan-proqram qəbul etməliyik), elə bu və oxşar siyasi sapıntıları üçün qurumdan kənarlaşdırılmışdı.

Zəruri əlavə: Talış və ya qeyri xalqın dövlət idarəçiliyində ən ali səviyyədə təmsil olmaq haqqı varmı. Var, özü də mübahisəsiz və birmənalı. Bəs hazırda dövlət orqanlarında təmsilçiliyi milli mənşəyə görə seçirlərmi? Xeyr. Yerlipərəstlik var, amma bu o halda işləyir ki, filan yerdən olsan da gərək sən yaltaqlığa, məddahlığa və rüşvətxorluğa “amin” deyəsən. Necə ki, bu “prinspilər”lərə biət edən çox sayda başqa yerlərdən, xalqlardan olanlar da yüksək postlarda oturublar.
Ələkram Hümbətovun çağırışı etnik millətçilik, başqalarını xor görmə və düşmənçilikdən başqa bir şey deyil.
Azərbaycanda türkün də, talışın da, kürdün, ləzginin, tatın, avarın və s.lərin də haqq və hüququ ölkədə qanunun aliliyinin qorunduğu, demokratik sistem təmin edəcək. Başqa yolların hamısı avantüradır və məhvə aparır.

Seperatçı vətən xaini Əlikram Hümbətovun Qurban Məmmədovun kanalındakı müraciəti: