Birinci sinfə qəbulla bağlı nazirlikdən XƏBƏRDARLIQ

2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə elektron sənəd qəbulu sistemi bayram günləri işləməyəcək.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində (19 mart, saat 15:00-dan – 27 mart, saat 10:00-dək) fəaliyyət göstərməyəcək.