Birinci divizionda ilk tur başa çatdı

Azərbaycan birinci divizionunda 2019/2020 mövsümünün ilk turuna yekun vurulub.

Sozcu.az xəbər verir ki, ikinci oyun günündə daha 3 matç keçirilib.

Qeyd edək ki, ilk turda “Qarabağ-2” komandası istirahət edib.

23 avqust

16:30. “Zaqatala” – “Sabah-2” – 0:1
Qol: Reza Bigdelo, 70
Qırmızı vərəqə: Bəhruz Teymurov, 24 (“Zaqatala”)

16:30. “Zirə-2” – “Ağsu” – 3:4
Qollar: Qalib Əmrahov, 10 (0:1), Ceyhun Rəcəbli, 11 (0:2), Seyxan Fərəcov, 21 (1:2), Ramil Əliyev, 55 (1:3), Tacir Əlizadə, 61 (2:3), Tapdıq Əhmədov, 66 (3:3), Malik Babayev, 90 (3:4)

16:30. “Səbail-2” – “Turan Tovuz” – 1:2
Qollar: Murad Hüseynov, 44 (0:1), Bahadur Həziyev, 69 (1:1), Elvin İsmayılov, 73 (1:2)

22 avqust

16:30. “Qaradağ Lökbatan” – “Sumqayıt-2” – 0:2

16:30. “Neftçi-2” – “Keşlə-2” – 1:1

16:30. “Kəpəz” – MOİK – 2:2