Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

Ərdəbilin bir qrup milli- mədəni fəalı müvəqqəti azadlığa buraxılmış incəsənət xadimi və milli- mədəni fəal Səccad Colani ilə görüşüb.

Səccad Colani görüş zamanı onlara sağlamlıq vəziyyəti, eləcə də tutulma forması və döyülməsindan savayı, digər həbs edilmiş fəallarla bağlı məlumat verib.

Səccad Colani Məhəmməd Colani ilə birlikdə ayrı- ayrılıqda 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Ərbədil zindanından azadlığa buraxılıb.

İranın Ermənistana göstərdiyi hərbi və logistik yardımlara qarşı etiraz aksiyası keçirməklə bağlı yayılan çağırışlardan sonra Ərdəbildə təxminən 20 milli- mədəni fəal saxlanılıb. İndiyədək onlardan yalnız 12 nəfərinin kimliyi məlumdur.

Facebook Comments