Bir müəllimin üsyanı : Tutdurun hamımızı

Təhsil Nazirliyi, tutdurun hamımızı, daha bizi söyməsinlər, bəlkə bu xəcalətdən qurtaraq.

Mövqe qoyun ortaya, müəllimlərin nüfuzunu xilas edin. Seçkilər məktəblərdə təşkil olunsa da, muəllimlər komissiya üzvləri olmasın.

Mən məktəbdə işə başlayandan az maaş səbəbilə ən az iki işlə məşğul olmuşam, dostlarım bilir. Hələ mənlə zarafat edirdilər ki, axşam filan yerdə gözətçi işi var, bəlkə sənə maraqlı olar.

Deməyim odur ki, nə iş görsəm də, ozümü müəllim olaraq təqdim etmişəm. İndi utanıram, həm də çox utanıram. Əminəm ki, mənim vəziyyətimdə olan çox müəllim var. Bizi seçki tamaşasına qatmağa icazə verməyin, özümüz YOX deyə bilmirik. Çünki, əziyik, mütiyik, hüquq və vəzifələrimizi hələ anlamamışıq.

Bu ölkədə müəllimdən tələb olunan loyallıq, məsuliyyət, hesabatlılıq məmur və deputatlardan tələb olunsaydı indi normal şərtlərlə həyatımıza davam edirdik.
Müəllimin nüfuzu Təhsil Nazirliyinin nüfuzudur. Bu işlər sosial çarx çəkməklə, ixtisası seçənlərə təqaud verməklə olmur. Müəllimi seçkidən uzaq tutun.

Aynurə Abdullayeva (307 nömrəli məktəbin müəllimi, seçki müşahidəçisi)

Facebook Comments