Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb

Biolife4D adlı şirkət bir xəstədən qan hüceyrələri toplamaqla insanın qan toxumalarının surətini çıxarmaq üçün texnologiya hazırlayıb. Bunun sayəsində onların həm də induksiya olunmuş pluripontent gövdə hüceyə (iPS) tipinə çevrilməsi mümkündür. Bu barədə Digital Trends yazır.

“Üzərində işlədiyimiz yenilik insan ürəyinin hərfi mənada biosurəti deməkdir”, şirkətin baş direktoru Steven Morris bildirib.

Sozcu.az bizplus.az-a istinadən bildirir ki, Biolife4D, iPS-hüceyrələri ürək hüceyrələrinə çevirə və 3D printerdə”bioloji mürəkkəb” kimi istifadə edə bilir. Bu yaxınlarda həmin texnika şirkət tərəfindən tamfunksiyalı miniatür insan ürəyinin 3D-surəti üçün istifadə olunub.

Biolife4D şirkətinin baş elmi işçisi Ravi Birlanın sözlərinə görə, surəti çıxarılmış ürək əsl ürəklə eyni struktura malikdir və dörd daxili kamerası var. Şirkətin məqsədi əsl ürəyə oxşar birşey hazırlamaqdan ibarətdir və o məsələn, kardiotoksik təcübədə istifadə oluna bilər. Daha doğrusu, farmokoloji şirkətlər və araşdırmaçılar onun üərində ürəkdəki müxtəlif xəstəliklərlə və ya ürəyin hansısa dərmana əks getməsi ilə bağlı problemləri yoxlaya bilərlər.

Birla qeyd edib ki, köçürülə bilən tam ölçülü ürəyin surətini çıxarmaq üçün şirkət hələ bir sıra məsələləri həll etməlidir. O, bunun təxminən üç ildən sonra mümkün ola biləcəyini bildirb.