Binəqədi rayonunda avtomobil yeniyetməni vuraraq xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sozcu.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Bağırzadə Eşqin Tahir oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır nahiyəsinin sınığı diaqnozu qoyulub.report

Facebook Comments