Binəli Yıldırımdan Ərdoğana ŞOK: Yüksək vəzifə təklifini RƏDD ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə seçkilərində böyük fərqlə məğlub olan Binəli Yıldırıma vəzifə təklif edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı Yıldırımın prezident köməkçisi postunu tutmasını istəyib. Lakin Binəli Yıldırım təklifi rədd edib.

Qeyd edək ki, Binəli Yıldırım seçkilərdə məğlub olduqdan sonra verdiyi açıqlamasında siyasi həyatına sadə millətvəkili kimi davam edəcəyini bildirib.

Sozcu.az