Binəqədidə “yarısı sizin, yarısı bizim” prinsipi ilə “abadlaşdırma” -Şikayətə baxan yoxdur

Socu.az saytına yazan Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı binanın sakinləri  bildirirlər ki, binanın həyətinin 40 faiz hissəsi abadlaşdırılsa da, nədənsə qalan hissəsi bu işi görənlərin diqqətindən kənarda qalıb.

Binanın sakinləri qeyd edirlər ki, Başqa binaların həyətləri tam abadlaşdırılıbdır, ancaq 2 saylı binanın həyətindən görülən işlər görünür yeyinti məqsədi ilə başa çatdırılmadan dayandırılır.

Binanın sakinləri qeyd ediblər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərinə cavab verən yoxdur.