Binəqədidə adam güllələndi — Qatil hadisə yerindən qaçdı (VİDEO)

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Favorit” marketin qarşısında güllənmə hadisəsi baş verib.

Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, naməlum şəxs 1 nəfər sakinə odlu silahla atəş açaraq, hadisə yerindən uzaqlaşıb.

Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları gəlib. Güllələnən şəxsi “Mercedes-Benz E-Class” markalı avtomobillə ərazidən uzaqlaşdırıblar.

Hadisə yerindən çəkdiyimiz görüntüləri təqdim edirik:

Sozcu.az