BİNƏLİ YILDIRIM ARTAN TƏZYİQLƏRİ ETİRAF ETDİ:”Dünyanın hər tərəfindən üstümüzə gəlirlər”

AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyinə namizədi Binəli Yıldırım təkrar seçki qərarına qarşı etirazların böyüdüyünü etiraf edib.

Sozcu.az xəbər verir ki. o, bugünkü iftar yeməyində çıxış edərək bildirib ki, dünyanın hər tərəfindən seçkilərə görə üzərlərinə gələnlər var: “Təəssüf ki, eynən “Gəzi olayları” kimi üstümüzə gəlirlər. Nə edir etsinlər, bu günə qədər bu millət hər cür oyunu pozaraq, ölkəsi və milləti üçün birliyi daha da gücləndirmişdir. Mən ölkəmə və millətimə güvənirəm”.(Strateq.az)