Bill Qeyts ilk dəfə üçüncü pilləyə endi

“Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts “Blumberq”in “milyonçular indeksi”ndə daha bir pillə geriləyib.

Sozcu.az xəbər verir ki, bu nəticə reytinqin 7 illik tarixində ilk dəfə qeydə alınıb.

Məlumata görə, LVMH rəhbəri Bernar Arno Qeytsi ikinci pillədən endirib. Sərvəti 107.6 milyard dollara bərabər olan Arno Bill Qeytsi 200 milyon dollar qabaqlayıb.

Xatırladaq ki, ilk pillənin sahibi “Amazon” şirkətinin rəhbəri Cef Bezosdur.