Bill Qeyts “Amazon”un rəhbərini devirdi

“Maykrosoft” şirkətinin təsisçisi Billi Qeyts “planetin ən zəngin insanı” titulunu qaytarmağa müvəffəq olub.

Bu barədə “Blumberq” nəşri yazıb.

Məlumata görə, “Amazon”un sahibi Ceff Bezosu keçməklə Qeyts son 2 ildə ilk dəfə birinci pilləyə yüksəlib.

Bill Qeytsin sərvəti 110, Bezosun sərvəti isə 109 milyard dollar qiymətləndirilir. Siyahıda üçüncü pillə Fransanın LVMH şirkətinin sabibi Bernar Arnodur. Onun sərvəti təxminən 103 milyard dollara bərabərdir.

Facebook Comments