Biləsuvarda ölən tələbənin FOTOSU

Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

Sozcu.az-ın xəbərinə görə, hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.Report

Facebook Comments