“Bild” qəzetinə polis basqını – ALMANİYADA

Almaniyanın nüfuzlu “Bild” qəzetinə polis basqını olub.

Sozcu.az xəbər verir ki, alman polisi Berlində yerləşən əsas redaksiyada axtarış aparmaq istəyib.

Lakin redaksiya rəhbərliyi polis əməkdaşlarını içəri buraxmayıb. “Bild”in şef redaktoru bildirib ki, polisin redaksiyada axtarış aparması üçün məhkəmə qərarı olmayıb. Bu səbəbdən polis əməkdaşları redaksiyaya buraxılmayıblar.

Polisin “Bild”in redaksiyasında nəyə görə axtarış aparmaq istəməsi isə, hələlik bilinmir.(Teref.az)